Faiqlə Tünzalə arasında qalmaqal - video

Faiqlə Tünzalə arasında qalmaqal -  video
12:06 17 Oktyabr 2016
83 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayevlə əməkdar artist Tünzalə Ağayeva arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, F.Ağayev “ATV maqazin onlarla” verilişində T.Ağayeva ilə küsülü olması suallarını cavablandırıb.

O, qarşı tərəfi özündənrazılıqla günahlandırıb: 

“Bir insanın adını çəkmədən, söhbəti umumiləşdirmək istəyirəm. Ağac nə qədər çox bar verərsə, başı aşağı olar. Bəzi insanlar var ki, onlar üçün böyüklük kiçikliyini qorumaqdır. Onu bacarmırsa, hörmət qazanmayacaq. Mən onların münsifi olmuşam. İndi “mənəm-mənəm” deyir, o vaxt mənim "hə” deməyimi gözləyirdi. Mahnılarıyla, konsertləri ilə “mənəm-mənəm” desin, boş-boş havanı silkələyir. İnsanın özünü fərqli aparması, mənə gülməli gəlir. Dünən dostluq etdiklərimi bu gün tanımıram. İnsanlara yuxarıdan aşağı baxmaq olmaz".

Xatırladaq ki, F.Ağayev T.Ağayevanın 2001-ci ildə qatıldığı müsabiqədə münsif olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR