Günün fotosu: qazsız Bakının qazları

Günün fotosu: qazsız Bakının qazları
12:13 17 Oktyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Günün fotosu budur. Şəkli Sabunçuda, bu gün əməkdaşımız çəkib.

Suyun içinə girmiş, təkərləri belə görünməyən bir avtomobil, baqajının üstündə cələklənib bağlanmış qazlar - 21-ci əsrin Bakısının miskin mənzərəsi.

Sabah bu şəkil "Röyters"in fotoqalereyasında yer alsa, heç kəs təəccüblənməsin. Belə şəkillərə biz Nepalın, Banqladeşin, Laosun, Kambocanın daşqın sularına gömülmüş şəhərlərindən hazırlanmış reportajlarda çox görmüşük.

Güman ki, yiyəsi bu qazları bazara satmağa aparırmış, gəlib Sabunçunun ortasında yağış sularının yaratdığı gölə girib.

Bəlkə də belə havada çörəkpulu qazanmaq hövlü ilə yola çıxan sürücünün ayaqları maşınının döşəməsinə sızmış suyun içindədir və o, özünü düşünmür, baqajın üstünə bağladığı qazların hayındadır.

Təkcə o sürücü deyil, bu gün bütün ölkə qaz hayındadır, ancaq ölkəyə rəsmən qış gəlmədiyi üçün əhaliyə verilən mavi qazın təzyiqini artırmırlar. Ona görə də evlər soyuqdur və insanlar maşın baqajının üstünə sarınmış qazlar qədər üşüyürlər.

Şəhər rəhbərliyi qazlı-qazlı "Bakımız" deməyi bilir. Qazsız Bakı isə selin-suyun içində qalıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR