Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çayların suyu artdı: Bu rayonlar təhlükədə

Çayların suyu artdı: Bu rayonlar təhlükədə

Date: 17 October 2016 12:13

Respublika ərazisində müşahidə olunan hava şəraiti çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Bu artım bəzi ərazilərdə daşqın və sellə nəticələnib.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrfaiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Publika.az-a açıqlamasında bildirib ki, respublika ərazisində gur-leysan tipli yağışların yağması şərq rayonlarında və Böyük Qafqazın şimal yamacındakı çaylarda suyun səviyyəsinin kəskin dəyişməsinə səbəb olub: “Bu, xüsusilə Qusarçay, Qudyalçay, Astaraçay, Lənkərançay, Viləşçayın, həmçinin Böyük Qafqazın cənub yamac çaylarında Girdimançay, Dəmiraparançay, Göyçay və digər çayların gursululuğu müşahidə edilir. Bəzən isə çaylar öz dərələrindən kənara çıxıb. Bəzi dağətəyi düzənliklərdə quru çay dərələrindən təmizlənmədiyindən, suötürücü qurğular saz olmadığından çaylarda daşqın baş verib. Xüsusən də, Lənkəran-Astara zonasının düzənlik çayları, qismən Quba-Xaçmaz rayonlarında bəzi əkin və təsərrüfat sahələri su altında qalıb”.

E.Əlizadə bildirib ki, bu cür yağışlı havanın 4-5 gün davam edəcəyini nəzərə alsaq, getdikcə vəziyyətin daha da kəskinləşəcəyini gözləmək olar.

Gülxar


Tags:  Çayların suyu artdı Bu rayonlar təhlükədə

RƏYLƏR


Top news