Türkiyə SQ-nin Baş Qərargahı: İŞİD yaraqlılarının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi aradan qaldırılıb

Türkiyə SQ-nin Baş Qərargahı: İŞİD yaraqlılarının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi aradan qaldırılıb
12:22 17 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlılarının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi aradan qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumatına görə, "Fırat kalkanı" əməliyyatı çərçivəsində Suriyada Hələb əyalətindəki Mare şəhərinin şərqində doqquz yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.
Xatırladaq ki, Türkiyə Suriya ilə sərhəddə təhlükəsiz zona yaratmaq məqsədilə avqustun 24-də "Fırat kalkanı" əməliyyatına başlayıb və Suriyaya zirehli texnika və xüsusi təyinatlı dəstə yeridib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-sq-nin-bas-qerargahi-i-si-d-yaraqlilarinin-turkiye-erazisine-raket-zerbeleri-endirmesi-tehluk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR