"Bakıda avtomobilimi güllələdilər" - "Zaur"un "Təhminə"si

"Bakıda avtomobilimi güllələdilər" - "Zaur"un "Təhminə"si
12:26 17 Oktyabr 2016
707 Şou
Ölkə mətbuatı
A- A+

“Təhminə” filmində rol alan türkiyəli aktrisa Meral Konrat ARB TV-nin “Türk şou-maqazin” verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktrisa “Təhminə” filminin çəkilişi zamanı yaşadığı təhlükəli anlardan danışıb:

“Filmin çəkilişindən sonra Azərbaycana çox gedə bilmədim. Çəkilişdən 9 il sonra yenidən qayıdanda gözlərimə inanmadım: dəyişib, inkişaf etmişdi. Yerlə-göy qədər fərq varıydı. Mən ilk dəfə Bakıya gələndə müstəqilliyinizi təzə qazanmışdınız. Çətin zamanlar idi və mən də çox çətinlik çəkdim. Mənə dedilər ki, Azərbaycana getmə, ora təhlükəlidir. Sizin müharibə şəraitində olmanız hər kəsi qorxudurdu. Hətta bir neçə dəfə Bakıda maşınıml güllələdilər. Bunlara baxmayaraq çox xoşbəxtəm ki, o filmə çəkildim”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR