Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başladı - FOTO

Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başladı - FOTO
12:32 17 Oktyabr 2016
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib: "Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımi sənədi verdik. Nəticədə, sahibkar tərəfindən 2 min ton məhsul xaricə göndərilib".

Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: "Burada bataqlıqda olan qurbağq ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir".

Qeyd edək ki, Salyanda qurbağa ferması "Azərifrog" MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR