Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yağmurlu hava şəraiti sabah da davam edəcək

Azərbaycanda yağmurlu hava şəraiti sabah da davam edəcək

Date: 17 October 2016 12:47

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.
“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 18-də bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8, gündüz 9-12 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında srabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-14°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. 

Tags:  Azərbaycanda yağmurlu hava şəraiti sabah davam edəcək

RƏYLƏR


Top news