Şimal dənizində hasilat özülündə yanğın baş verib

Şimal dənizində hasilat özülündə yanğın baş verib
12:52 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkətinin operatoru olduğu Şimal dənizində yerləşən “Statfjord” yatağının A hasilat özülündə dünən səhər saatlarında yanğın baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı özüldə 67 əməkdaş olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Statoil” şirkətinin məlumatına görə, yanğın məhdud hissədə baş verib və tüstü qeydə alınanda dərhal avtomatik suvurma sistemi işə düşüb. Özülün təcili müdaxilə briqadası yanğını söndürmək üçün işə başlayıb. Yanğın saat 11:00-da söndürülüb, ərazidə monitorinq aparılır. Özüldə hasilat hələlik bərpa olunmayıb.
Qeyd edək ki, “Statfjord” yatağı 1974-cü ildə kəşf olunub. Yataq Böyük Britaniya və Norveçin Şimal dənizindəki 580 kv.km ərazisini əhatə edir. “Statoil” burada 1987-ci ildən hasilatla məşğuldur. Yataqda A, B və C olmaqla 3 özüldən hasilat aparılır. “Statoil” 44,34% payla ilə yatağın operatorudur. Yataqda “Centrica” şirkəti 34,29%, “ExxonMobil” şirkəti isə 21,37% paya malikdir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/simal-denizinde-hasilat-ozulunde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR