Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elçin Zahiroğlu yeni sayt açıb

Elçin Zahiroğlu yeni sayt açıb

Date: 17 October 2016 12:52

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gündən “Bakı Post” (http://bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilir.
“Report”un xəbərinə görə, sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı  açıqlamada deyilir: “Bakı Post”un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.
İnanırıq ki, “Bakı Post” qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək”.
Saytın rəhbəri Elçin Zahiroğludur.


Tags:  Elçin Zahiroğlu yeni sayt açıb

RƏYLƏR


Top news