Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi" futbolçusunu yalançı çıxartdı

"Neftçi" futbolçusunu yalançı çıxartdı

Date: 17 October 2016 12:57

"Neftçi" klubunun yeni transferi Jonas Enrike Pessallinin dünən "Zirə" ilə səfər matçından sonra müqaviləsinin müddəti ilə bağlı fərqli rəqəm söyləyib. Fanat.Az xəbər verir ki, paytaxt klubunun rəsmi saytında yer alan məlumatda braziliyalı ilə mövsümün sonuna qədər qədər müqavilə bağlandığı qeyd olunsa da, futbolçu 2.5 aylıq sözləşməyə imza atdığını söyləyib.

"5 il Braziliyada, 5 il isə Fransada oynamışam. Bu cür anlaşmaya karyeram ərzində ilk dəfədi ki, rast gəlirəm" - Pessalli təəccübün bu cür ifadə edib.

Məsələyə aydınlıq gətirmək üçün "Neftçi"nin Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyevlə əlaqə saxladıq. Klub rəsmisi bunları dedi: "Ola bilər ki, tərcümə zamanı yanlışlıq olub. Pessalli ilə mövsümün sonuna qədər müqavilə bağlamışıq, 2.5 aylıq yox. Sadəcə olaraq, onun müqaviləsində belə bir bənd var ki, əgər qışa qədər özünü doğrultmasa, fasilədə klubun braziliyalı futbolçunu göndərmək hüququ var".

FIFA qaydalarına əsasən, klub futbolçu ilə qış fasiləsinə qədər müqavilə bağlaya bilməz. Sözləşmənin müddəti ən azı mövsümün sonuna qədər olmalıdır. Bəs, klubun müqaviləyə Fətəliyevin qeyd etdiyi formada bənd salmağa ixtiyarı varmı? Bu sualı Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynova ünvanladıq. Onun cavabı isə bu cür oldu: " Müqaviləyə imza atan futbolçu və onu təmsil edən şəsxlər var. Razılıq hər iki tərəfi qane edirsə, imzalayırlar. Müqavilə klubla futbolçu arasında olan sənəddir. Şərtləri özləri müəyyənləşdirirlər".

Fanat.Az


Tags:  Neftçi futbolçusunu yalançı çıxartdı

RƏYLƏR


Top news