Mosul uğrunda döyüş gedir - CANLI YAYIM - VİDEO

Mosul uğrunda döyüş gedir - CANLI YAYIM - VİDEO
12:57 17 Oktyabr 2016
132 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi məqsədilə bu gün səhər saatlarında geniş əməliyyat başlanıb.

Millli.Az bildirir ki, əməliyyata İraq ordusu, yerli sünni və şiələrin hərbi birləşmələri, kürdlərin "peşmərgə" birlikləri qatılıb. Əməliyyata ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiya dəstəyi verir.

Rusiyanın "Russia Today" telekanalı Facebook səhifəsində əməliyyatdan canlı yayımı gerçəkləşdirir.

Canlı yayım kürdlərin mövqelərindən aparılır və reportyor da, əsasən, kürdcə danışır, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin mövqelərindən çıxış edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR