Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda hava şəraiti ilə əlaqədar 5 yol qəzası baş verib, bəzi avtomobillər yolda qalıb

Bakıda hava şəraiti ilə əlaqədar 5 yol qəzası baş verib, bəzi avtomobillər yolda qalıb

Date: 17 October 2016 13:12

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda yağışlı hava şəraiti səbəbindən 5 yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hava şəraiti ilə əlaqədar səhər saat 07:30 dan 09:00-a dək Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaranıb.
Hava şəraiti ilə əlaqədar Keşlə qəsəbəsinin çıxışında çirkab suyunun gölməçəsi yaranıb. Buna görə də Babək prospektində uzunmüddətli nəqliyyatın sıxlığı müşahidə olunub. Hətta bəzi avtomobillər texniki cəhətdən sıradan çıxıb.
Hazırda yollarda yol polisinin nəzarəti gücləndirilib. Hazırda əsasən çökəklik olan küçə və prospektlərdə sıxlıq yaşanır. 

Tags:  Bakıda hava şəraiti əlaqədar yol qəzası baş verib bəzi avtomobillər yolda qalıb

RƏYLƏR


Top news