Əvvəl "Neftçi", sonra millimiz, indi də "Qəbələ"

Əvvəl "Neftçi", sonra millimiz, indi də "Qəbələ"
13:17 17 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin Avropa Liqasında “Sent-Etyen”lə səfər matçının hakimləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA III tur qarşılaşmasını türkiyəli hakimlər briqadasına həvalə edib.

 

“Joffrua Qişar” stadionunda keçiriləcək görüşdə Ali Palabıyık ədalət təmsilçisi olacaq. Ona Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Ceyhun Sesigüzel yerinə yetirəcək.

 

Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq. Hakimlərin işinə macarıstanlı hakim-inspektor Laslo Vaqner qiymət verəcək. UEFA nümayəndəsi kimi isə israilli Yakob Erel iş başında olacaq.


Ali Palabıyıkın yolu üçüncü dəfə Azərbaycan komandası ilə kəsişib. 35 yaşlı referinin ilk Avrokubok matçı ölkəmizdə reallaşıb. Belə ki, türkiyəli referi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” - “Mladost” qarşılaşmasında debüt edib. O, 2:2 hesabı ilə başa çatan görüşdə 4 sarı vərəqəyə müraciət edib ki, onlardan biri “Neftçi”nin müdafiəçisi Kamal Qurbanovun payına düşüb.

 

Palabıyık milli səviyyəsində yeganə oyununu bu il idarə edib. Mart ayında Azərbaycanla Qazaxıstan arasında Antalyada keçirilən yoldaşlıq görüşü məhz ona tapşırılıb. Qazaxların 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada referi rəqib komandaya 1 sarı vərəqə göstərməklə kifayətlənib.

  

Qeyd edək ki, “Sent-Etyen” - “Qəbələ” oyunu oktyabrın 20-də baş tutacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vvl-quotneftciquot-sonra-millimiz-indi-d-quotqblquot-t53400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR