Politoloq: “Bu qətl Klintonun reytinqi üçün hədiyyədir”

Politoloq: “Bu qətl Klintonun reytinqi üçün hədiyyədir”
13:23 17 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Donetsk separatçılarının liderlərindən biri olan “Motorola” ləqəbli Arseniy Pavlovun qətli noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlı ola bilər.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirlə politoloq Aleksandr Şatilov çıxış edib.

Onun sözlərinə görə, bu, Vaşiqnton qarşısında yaltaqlanmaq üçün əyani cinayətdir. Aleksandr Şatilov əmindir ki, bazar günü işlədilən cinayət Ukrayna hakimiyyətinin ABŞ prezidentliyinə namizəd Hillari Klintonun reytinqini yüksəltmək cəhdidir.

“Ukrayna tərəfi vəziyyətin kəskinləşməsini istəyir ki, bu, Klintonun əlinə oynasın. Hillariyə Rusiyanı təcavüzkarlıqda ittiham etmək üçün arqumentlər lazımdır”, - o, deyib.

O, əlavə edib ki, Donbasda vəziyyətin kəskinləşməsi praktik olaraq qaçılmazdır: “Qoşunun ən məşhur liderlərindən birinin qətlini, əlbəttə ki, reaksiyasız qoymaq olmaz”.

Qeyd edək ki, Arseniy Pavlov oktyabrın 16-da Donetskdə yaşayış evinin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Bu gün onun mümkün qatillərinin videomüraciəti yayılıb. Videomüraciətdə dörd maskalı adam Arseniy Pavlova edilən sui-qəsd üçün məsuliyyəti öz üzərinə götürüb. Onlar “YouTube”da yayılmış müraciətində Donetsk və Luqansk “xalq respublikaları”nın liderləri - Aleksandr Zaxarçenko və İqor Plotnitski müvafiq olaraq növbəti qurbanlar olacaqları barədə xəbərdarlıq ediblər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR