Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tbilisidə mülki aviasiya marşrutlarının şaxələndirilməsi və inkişaf perspektivləri müzakirə olunub

Tbilisidə mülki aviasiya marşrutlarının şaxələndirilməsi və inkişaf perspektivləri müzakirə olunub

BAK: Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib (15 Mart 2017 08:47)
Putin Sarkisyanla Qarabağı müzakirə edəcək (15 Mart 2017 03:04)
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub (14 Mart 2017 17:47)

Tarix: 17 Oktyabr 2016 13:32

Tbilisi. 17 oktyabr. REPORT.AZ/ Tbilisidə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təşəbbüsü ilə “Mülki aviasiya sahəsində marşrutların şaxələndirilməsi, inkişafı və təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, konfransda əsasən mülki aviasiya sahəsində marşrutların şaxələndirilməsi, təkmilləşdirilməsi, uçuşların təhlükəsizliyi və s. məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvü, “Azəraeronaviqasiya” şirkətinin mütəxəssisi Natiq Əliyev jurnalistlərə deyib ki, mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və aviasiya marşrutlarının təkmilləşdirilməsi baxımından bu konfrans mühüm əhəmiyyət kəsb edir.
Konfransda fövqəladə hallar zamanı yeni marşrutların açılması, təhlükəsizliyin təmin olunması məsələləri də diqqət mərkəzində olub.
“Azərbaycan tərəfi bu konfransda mülki aviasiyanın inkişafı ilə əlaqədar əldə etdiyi uğurlar barədə məlumatları iştirakçıların nəzərinə çatdırıb, aviasiya marşrutlarının sayının artırılması, strukturunun təkmilləşdirilməsi və təhlükəsizliyi ilə bağlı təkliflər irəli sürüb”, - deyə N.Əliyev vurğulayıb.
Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər yüksək qiymətləndirilib.
Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqaz ölkələri ekspertlərinin, ABŞ təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycanı “Azəraeronaqiasiya” şirkətinin nümayəndələri təmsil ediblər.





Teqlər:  Tbilisidə mülki aviasiya marşrutlarının şaxələndirilməsi inkişaf perspektivləri müzakirə olunub



RƏYLƏR


Top xəbərlər