Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Date: 17 October 2016 13:37

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elmir Nərimanov və Elçin Abasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Nərimanov 10 il, E.Abasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məhkəməsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Tags:  Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

RƏYLƏR


Top news