Türkiyə prezidenti: "Biz əməliyyatda da, danışıqlar masasında da olacağıq"

Türkiyə prezidenti: "Biz əməliyyatda da, danışıqlar masasında da olacağıq"
13:52 17 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Siz Mənbiçlə bağlı mənə söz vermisiniz. Əgər oranı "PYD" və "YPG"dən (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - "Report") təmizləməsiniz, sizinlə ortaqlığımız bitər" .
"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən beynəlxalq hüquq konqresindəki çıxışında ABŞ-a xitabən bildirib.
Məlumata görə, Türkiyə prezidenti Suriyadakı əməliyyatlardan danışarkən deyib: "Siz "PYD" və "YPG"nin Mənbiçə girməyəcəyinə söz vermişdiniz. Verdiyiniz sözə əməl edin. Oranın əhalisinin 95 faizi ərəbdir. Ancaq sözlərini tutmadılar. Biz də lazım olanı etdik. Bu gün səhər bir mesaj göndərilib. Əgər oranı "PYD" və "YPG"dən təmizləməsəniz, ortaqlığımız bitəcək".
Ərdoğan Suriyada antiterror əməliyyatına dəstək verən "Fırat kalkanı" barədə bildirib: "Qaziantepdə 56 qardaşımızı şəhid etdilər. Bundan sonra durmaq vaxtı deyil dedik. Suriya Azadlıq Ordusu ilə birlikdə Suriyaya girdik. Suriya ilə 911 km uzunluğunda sərhədimiz var. Suriya ilə əlaqəsi olmayanlar ora girməkdə haqlı, bizə gəlincə "ora gedə bilməsiniz" dedilər. Bağışlayın, gedirik. Cerablusdan başladıq. Oranı terrorçulardan təmizlədik. İndi oranın sakinləri evlərinə dönür. Raiyə girdik. İŞİD oradan da getdi. Ötən gün Dabıkı da İŞİD-dən təmizlədik. Biz Türkiyədən oraya adam aparmırıq. Həmin ərazilərin sakinləri ora gedir".
Türkiyə prezidenti Mosulun təmizlənməsi əməliyyatından da danışıb: "Türkiyə Mosula girməsin" deyirlər. Bu, necə ola bilər?! Əlaqəsi olmayan girir. Çünki Bağdad onlara "gəl" deyib. 14-15 il əvvəl Səddam Hüseyn onlara "gəlin" demişdi? Türkiyənin olmadığı bir əməliyyatdan doğa biləcək nəticələrin məsuliyyətinə görə məsuliyyət daşımırıq. Özlərinə də dedik: biz əməliyyatda da, danışıqlar masasında da olacağıq. Orada bizim qardaşlarımız var. Bu məsələdə bizim kənarda qalmağımız qətiyyən mümkün deyil".
O, Türkiyə hərbçilərinin İraqın Mosul əyaləti yaxınlığındakı Başika rayonundan çıxmayacağını da vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-prezidenti-biz-emeliyyatda-da-danisiqlar-masasinda-da-olacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR