UEFA açıqladı: “Qəbələ”yə türk, “Qarabağ”a israilli hakimlər

UEFA açıqladı: “Qəbələ”yə türk, “Qarabağ”a israilli hakimlər
13:53 17 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda klublarımızın keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, "Sent-Etyen" (Fransa) - “Qəbələ” matçını Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ali Palabıyık olacaq. Ona Cem Satman və Ekrəm Kan kömək edəcəklər. Oyunun ehtiyat hakimi isə Ceyhun Sesigüzel olacaq.

“Sent-Etyen” - “Qəbələ” matçı oktyabrın 20-də keçiriləcək.

"Qarabağ" - PAOK (Yunanıstan) matçı isə İsraildən olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Alon Yefet olacaq. Ona Roy Reynşreyber və Ziv Adler kömək edəcək. Oyunun ehtiyat hakimi Kiril Balikin olacaq.

"Qarabağ" – PAOK matçı da oktyabrın 20-də olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR