Avropada yeni futbol çempionatı yaradılır

Avropada yeni futbol çempionatı yaradılır
14:05 17 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni futbol çempionatı yaratmağa qərar veriblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Sabah" nəşri Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveçdə artıq məsələ ilə bağlı işə başlanıldığını yazıb.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlecht", "Celtic", "Ayax", PSV, "Rosenborg", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrdə bu cür addım atılmasına səbəb Çempionlar Liqasında formatın dəyişməsidir. 2018/2019 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və İtaliyanın 4 klubu birbaşa qrup mərhələsində çıxış edəcək. Bu halda qitənin ən nüfuzlu klub turnirində digər ölkələr üçün cəmi 16 yer qalacaq ki, bu da digər ölkələrin narazılığına səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR