“Qızımın jurnalist olmasını istəyərəm” - Elnarə

“Qızımın jurnalist olmasını istəyərəm” -  Elnarə
14:16 17 Oktyabr 2016
125 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elnarə Xəlilova “Uşaq dünyası” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi övladlarından bəhs edib.

O bildirib ki, qızı Burla Xatun aparıcı olmaq istəyir:

“Qızımın 9 yaşı var, indidən qərarını verib. Daha çox humanitar fənlərə maraq göstərir. Bu yaxınlarda inşa yazırdı ki, mən də böyüyəndə anam və atam kimi aparıcılıq edəcəm, jurnalistika fakültəsinə daxil olacağam. Qızımın ağıllı jurnalist, aparıcı olmasını istəyərəm. Bir ana kimi onunla fəxr edərəm. Oğlum Tuğər ikinci sinfə gedir. O başqa sahəyə meyillidir. Övladlarımın müğənni olmasını istəmərəm. Amma hansısa seçsə, ona mane olmaram”.

Aparıcılığını Ayxan Əlizadənin etdiyi "Uşaq dünyası" həftənin bazar günü və çərşənbə axşamı saat 14:15-də İTV-də yayımlanır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR