Prosineçkidən maraqlı müsahibə: Foqtsdan danışdı...

Prosineçkidən maraqlı müsahibə:   Foqtsdan danışdı...
14:17 17 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

“Azərbaycanlılar fenomenal insanlardı”. Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qalib gəlib (1:0), Çexiya ilə heç-heçə (1:1) etməsi Xorvatiya mətbuatının Prosineçkiyə olan diqqətini bir qədər də artırıb.
 
Bununla bağlı ölkəsinin mətbuatına müsahibə verən 47 yaşlı çalışdırıcı maraqlı fikirlər səsləndirib. O, sələfi Berti Foqtsu yada salaraq, yığmada etdiyi dəyişikliklərdən bəhs edib: “Mən nəyi dəyişdim? İlk növbədə, Azərbaycana köçdüm, orda yaşamağa başladım. Sələfimi tənqid etmək istəmirəm. Berti Foqts dünya futbolunda dahi adlardan biridi, o, 1996-cı ildə Almaniya yığmasına Avropa çempionluğunu qazandırıb. Amma Foqts Azərbaycanda yaşamırdı, yalnız toplanışdan toplanışa gəlirdi. Deyərdim ki, qazandığımız nəticələrdə bu, mühüm rol oynadı. Stadionlara gedib, demək olar ki, hər oyunu izləyirəm. Yalnız son zamanlarda bir neçə futbolçumuz ölkə xaricinə çıxıb. Eddi İsrafilov hazırda “Kadiz”dədi, qapıçımız “Boavişta”da çıxış edir. Daha bir futbolçumuz isə Almaniyadadı. Qısası, mən daha çox Azərbaycan çempionatının görüşlərinə baxmalı idim. Çünki 25 namizəddən təxminən 20-sini ölkə çempionatında çıxış edən futbolçular təşkil edir”.
 
- Azərbaycan yığmasında uğurlu nəticə qazanacağınıza nə vaxt inanmağa başladınız?
- Keçən seçmə mərhələdə Norveç və Xorvatiya ilə heç-heçə etdikdən sonra anladım ki, inkişafdayıq. İndi isə görürəm ki, adi insanlar da buna inanmağa başlayıblar. Bununla belə, dünya çempionatına vəsiqə qazanmaq bizim üçün çox çətindi. Onunla müqayisədə AÇ-2020-nin final mərhələsinə yollanmaq daha real görünür. Çünki həmin seçmə mərhələdə hətta 3-cü yeri tutan komandalar da Avropa çempionatına yollana bilirlər. Bundan sonra ölkəni və Azərbaycan xalqını hər oyunda daha yaxşı təmsil etməliyik. Belfastda da belə olmalıdı. Biz ora oyundan 3 gün qabaq yollanacağıq. Yaxşı hazırlaşacağıq. Avropa çempionatında Şimali İrlandiyanın çıxışını izlədim. Onlar fiziki cəhətdən çox güclü komandadılar. Mənim futbolçularım isə fiziki cəhətdən bir az zəifdilər, amma çox da zəif deyillər.
 
- Azərbaycanlı futbolçuları daha çox sovet məktəbinə yaxındılar, yoxsa türk mentalitetinə?
- Mən karyeramda belə şey görməmişəm. Onlar işlərinə 100 faiz konsentrasiya olurlar. Azərbaycanlılar döyüşkən xalqdırlar, son olimpiadadan cüdo və boks kimi idman növlərindən medallarla qayıtdılar. Çox sürətli və enerjilidirlər. Demirəm ki, onlarda mentalitet qalib kimi doğulub, amma bundan uzaq da deyillər. Bəli, ardıcıl uğurlu nəticələrdən sonra eyforiya hiss olunur. Bu, özlüyündə təhlükəli vəziyyətdi. Amma mənə azərbaycanlı futbolçularla çalışmaq xoş gəlir. Hə, bir də elə fikir formalaşıb ki, guya Azərbaycan mətbuatında çalışanlar sərt insanlardı, amma heç də belə deyil. Onların məntiq və yumor hissi güclüdü.
 
- Azərbaycan yığmasının baş məşqçisi postuna yeni keçəndə qarşınıza hansı hədəfi qoymuşdunuz?
- İlk plan bu idi ki, hər matçda yaxşı oynayaq. Ötən seçmə mərhələdə belə oyunlar keçirsək də, azarkeşlər o qədər də xoşbəxt deyildilər. Amma bu seçmə mərhələdə Norveç üzərindəki qələbədən sonra vəziyyət dəyişdi. Sizi əmin edirəm ki, Norveç, əslində, çox qorxulu komandadı. Son nəticələr bizdə məmnunluq yaratdı və başa düşdük ki, yaxşı oynamağı bacarırıq. Sadəlövh taktika qurmuruq. Odu ki, Şimali İrlandiya ilə oyunöncəsi də optimistəm. Belfastdakı matç seçmə mərhələnin həlledici oyunu olacaq. Əgər qələbə qazansaq, daha böyük tarix yazmağa əsasımız yaranacaq.
 
- Almaniya da qrupda rəqabət aparacağınız rəqiblər sırasındadı?
- Xeyr. Onlar bu rəqabətə daxil deyillər. Məncə, qrupda heç kim özünü Almaniyaya rəqib qismində görmür. Çexləri 3:0 hesabı ilə məğlub etdikləri oyuna baxdım. Qrupdakı hər 3 matçda asanlıqla qələbə qazanıblar. Almanlara qarşı oynayırsansa, gərək çox texnikalı futbolçulara sahib olasan ki, ələ düşən minimum imkandan da istifadə etsin. Bir də unutmayaq ki, Almaniya yığmasının qapısını “ağıl dəryası” olan Manuel Noyer qoruyur.
 
- “Kayserispor”da uğurlu nəticəyə imza atandan sonra “Beşiktaş”a getmədiniz. Buna görə peşmansınız?
- “Kayserispor”la çempionatda 5-ci yeri tutanda “Beşiktaş”ın təklifini geri çevirdim. Düzdü, səhv etdim, amma klubuma qarşı vicdanlı davrandım. Həyat özü bir məktəbdi. Mən gənc məşqçiyəm. Özümdə inkişaf hiss edirəm. Anlayıram ki, getdikcə daha güclü məşqçiyə çevrilirəm. Təcrübə çox önəmlidi.
 
- Klubda və yığmada məşqçi işləməyin fərqi...
- Həm klubda, həm də mill komandada məşqçilik təcrübənin olmağı yaxşı haldı. Fərqli tapşırıqlardı. Millinin məşqçisi olanda 15 günlük toplanış ərzində çox həyəcan keçirirsən. Axı ölkəni, xalqı təmsil edirsən. Bu, böyük məsuliyyət deməkdi. Klubda isə futbolçularla daha çox işləmək imkanın olur. (apasport.az)

Fanat.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Monako Qran-prisinin qalibi

28 May 2017 19:15

Evlərə girib hamını bir-bir güllələdi - ABŞ-da qətliam

28 May 2017 19:14

İslamın ilk illərində necə oruc tuturdular?

28 May 2017 19:12

28 yaşlı Kənanın ürək dağlayan taleyi: nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü

28 May 2017 19:09

Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanılıb

28 May 2017 19:08

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 19:08

Şimali Koreya raket buraxdı - VİDEO

28 May 2017 19:05

Bakıda ikinci əl avtomobillər ucuzlaşmağa başlayıb - FOTO

28 May 2017 19:05

Avtomobildəki 6 nəfər xəstəxanalıq oldu - onlardan üçü uşaqdır

28 May 2017 19:04

Lənkəranda yaşlı kişini maşın vuraraq öldürüb

28 May 2017 19:02

Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlanıb

28 May 2017 19:01

Gediş haqqını baha deyən taksi sürücüsünü təpiklədilər - BAKIDA

28 May 2017 18:54

Lənkəranda müəllimin qeyri-adi tədris üsulu

28 May 2017 18:53

Bu gün 50 illik yubileyi olacaqdı, oğlu öldürdü...

28 May 2017 18:47

Lənkəranda AĞIR QƏZA - 7 nəfər... - FOTOLAR

28 May 2017 18:43

Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlanıb (FOTO)

28 May 2017 18:43

ABŞ Rəqqanı bombaladı: 20 sakin öldü

28 May 2017 18:42

Dolların sabaha olan məzənnəsi

28 May 2017 18:39

Lənkəranda ağır yol qəzası

28 May 2017 18:28

2 azyaşlı bağlı qapı arxasında qaldı

28 May 2017 18:18

XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

28 May 2017 18:15

Sürücü vurduğu piyadanı xəstəxanaya çatdıra bilmədi - Yolda öldü

28 May 2017 18:12

Qoyun əti ucuzlaşıb – QİYMƏT

28 May 2017 18:12

Çində bir şəxs bıçaqla ətrafdakılara hücum etdi

28 May 2017 18:07

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib

28 May 2017 18:02

ABŞ-da silahlı şəxs polis zabiti də daxil olmaqla 8 nəfəri güllələyib

28 May 2017 17:52

Ronaldu: "Zidan mənə hücumda sərbəstlik verib"

28 May 2017 17:52

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri yaralayıb

28 May 2017 17:50

Luis Enrike futboldan gedir?

28 May 2017 17:49

Çində restoranda partlayış: 12 yaralı

28 May 2017 17:48

O futbolçu üçün 130 milyon avro - Hansı kluba gedir?

28 May 2017 17:47

Fəridə yol qəzasında həyatını itirdi

28 May 2017 17:47

Bakıda iş adamının arvadı onu izləyən polis əməkdaşını döyüb

28 May 2017 17:38

Daha bir müğənni evlənir - Vaxtı açıqladı

28 May 2017 17:37

28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May 2017 17:30

Təhlükəli qadın mafiya başçısı tutuldu - FOTO

28 May 2017 17:27

Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var

28 May 2017 17:27

Bakıda bulvarda intihara cəhd

28 May 2017 17:15

“Cəsur və Gözəl”in izləyicilərinə BƏD XƏBƏR

28 May 2017 17:13

"Qalatasaray" və "Beşiktaş"ın stadionunun adında dəyişiklik

28 May 2017 17:12

Bakıda yol polisinin qovduğu maşın qəzaya düşdü: ölən və yaralanan var

28 May 2017 17:09

Yol polisi maşını qovdu

28 May 2017 17:08

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub

28 May 2017 17:07

Viləşçayda batan 2 nəfərin cəsədi tapıldı

28 May 2017 16:58

Ordumuz düşməni vahiməyə saldı

28 May 2017 16:56

Üzük barmağından çıxmadı, FHN köməyə gəldi

28 May 2017 16:52

Kürdəmirdə avtomobil yanıb

28 May 2017 16:44

Əli Əliyev növbəti dəfə partiya sədri seçildi - FOTOLAR

28 May 2017 16:43

Mehriban Əliyeva qızları ilə bayram tədbirində

28 May 2017 16:43

28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May 2017 16:42