Əliyar Ağayevin Avropa Liqasında idarə edəcəyi oyun açıqlandı

Əliyar Ağayevin Avropa Liqasında idarə edəcəyi oyun açıqlandı
14:17 17 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində daha bir oyununa təyinat alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Konyaspor" - "Braqa" oyununu idarə edəcək.

Ağayevə kömək edəcək hakimlər briqadası - Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Həşimov olacaq. Orxan Məmmədovla Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxacaq.
 
Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR