"Azəriqaz" "Azəristiliktəchizat"dan milyonlarla borcunu istəyir

"Azəriqaz" "Azəristiliktəchizat"dan milyonlarla borcunu istəyir
14:22 17 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi yaranmış borca görə "Azəristiliktəchizat" ASC-yə müraciət edib.

Milli.Az bildirir ki, bunu Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev deyib.

Onun sözlərinə görə, isitmə mövsümünün başlaması ilə qaz, ilk növbədə, debitor borcları olmayan qazanxanalara veriləcək.

"Azəristiliktəchizat"ın "Azəriqaz" İB qarşısında debitor borcunun məbləği 2016-cı ilin 9 ayında 8,4 milyon manat təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR