İdman Akademiyası yeni ixtisasartırma proqramlarını təqdim etdi

İdman Akademiyası yeni ixtisasartırma proqramlarını təqdim etdi
14:29 17 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) peşəkar təlim və inkişaf proqramlarının təqdimatı keçirilib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İxtisasartırma Proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təsis edilib.

 

İxtisasartırma Proqramları sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu aləmə qoşulmaq istəyən hər kəsə peşəkar təlim proqramlarını təklif edir. İxtisasartırma Proqramlarının missiyası yerli və xarici idman mütəxəssislərinin iştirakı ilə elmi və praktiki təlim proqramlarını təşkil etməklə idman aləmində çalışan peşəkarları və bu sahəyə yenicə qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək səviyyəli tədris verməkdir.

 

Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, ümumi sahəsi 7500 kv.m.-dən artıq olan sahədə təmir və yenidənqurma işləri aparılıb.

 

Tədbirdə ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, İxtisasartırma Proqramlarının meneceri, beynəlxalq idman mühitində tanınmış və İxtisasartırma Proqramlarında təlimçi olaraq fəaliyyət göstərəcək  Amanda Brüyer (Amanda Brewer) və Dan Meyson (Dan Mason) çıxış edib. Çıxışlar zamanı “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda “Beynəlxalq Fitnes Təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunub.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR