"Bizim dayaqlarımız möhkəm, vicdanımız təmizdir"

"Bizim dayaqlarımız möhkəm, vicdanımız təmizdir"
14:32 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Palmali" Şirkətlər Qrupunun regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirovun Trend-ə müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Ötən həftə "Klarksons" tərəfindən tərtib olunan reytinqdə "Palmali Shipping"in 7-ci pillədə qərarlaşması xəbəri kifayət qədər rezonans doğurdu. Öncə reytinqi tərtib edən şirkət barədə sizdən daha ətraflı məlumat almaq istərdik.

- "Klarksons" şirkəti gəmiçiliyin müxtəlif seqmentlərində fəaliyyət göstərir və dünyada bu sahə üzrə aparıcı şirkətlərdən biridir. Şirkət artıq uzun müddət ərzində London fond birjasının FTSE 250 indeksində yer almaqdadır ki, bu da sırf gəmiçilik profili üzrə ixtisaslaşan bir biznes üçün kifayət qədər ciddi nüfuz göstəricisidir. 150 ildən çox tarixi olan "Klarksons"un fəaliyyət istiqamətlərindən biri də dünya miqyasında gəmiçilik sektoru üzrə araşdırmaların aparılmasından ibarətdir. Sözsüz ki, onlar tərəfindən tərtib olunan reytinqlər, eləcə də mütəmadi şəkildə dərc olunan hesabatlar çox ciddi və önəmli xarakter daşıyır. "Palmali"nin də son reytinqdə ilk onluqda yer alması şirkətimizin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolunun nə dərəcədə yüksək olduğunu növbəti dəfə nümayiş etdirdi.

- Bu reytinqdə tutduğunuz mövqe nəyin hesabına əldə edilib? Ümumiyyətlə, bu mövqedə olmaq "Palmali" üçün hansı əhəmiyyət daşıyır?

- Tərtib olunan reytinqə nəzər saldıqda gəmiçilik sahəsində ixtisaslaşan aparıcı şirkətlərin adlarını görə bilərsiniz. Ümumilikdə isə, gəmi daşımaları biznesində dünya üzrə minlərlə şirkət fəaliyyət göstərir. Bu sektorda uzunmüddətli tərəfdaşlar qazanmaq və yeni müştərilər cəlb etmək üçün biznesin istər regional, istərsə də dünya miqyasında güclü rəqabətə davam gətirməsi şərtdir. Bazara daxil olan yeni oyunçular möhkəmlənmək üçün müəyyən müddət gözləməli olurlar. Biz artıq bu işdə yeni deyilik, lakin reytinqdə geridə qoyduğumuz bir çox şirkətdən daha sonra bazara daxil olmuşuq. İyirmi ildən az müddət ərzində Türkiyə, Rusiya və Azərbaycanda uzunmüddətli tərəfdaşlar qazanmışıq, eləcə də digər regionlarda uğurlu nəticələr əldə edə bilmişik. "Palmali"nin yarandığı dövrdən bu günə kimi gəmiçilik çox inkişaf edib və biz hər zaman bu sahənin trendləri ilə ayaqlaşmağı bacarmışıq. İki il bundan öncə "Armada" zavodunun fəaliyyətinə start verərək özümüz də gəmi inşaatına start vermişik. Artıq yeni qütblər barəsində düşünməliyik, qarşımıza qoyduğumuz hədəfləri və bu hədəflərlə birgə özümüzü də inkişaf etdirməliyik. Bu gün qlobal bir reytinqin yuxarı pillələrində olmağımız nailiyyətlərimizin layiqli qiyməti və yeni hədəflərə çatmağımız üçün çağırışdır.

- Bəs sırf biznes baxımından bu reytinqin ilk onluğunda olmağınızın şirkətiniz üçün hansı dərəcədə əhəmiyyəti var?

- Hər bir işdə bir sifarişçi hüquqi münasibətləri rəsmiləşdirməkdən öncə icraçının fəaliyyətini geniş şəkildə analiz edir. Və əgər söhbət on minlərlə ton yüklərin su yolları ilə daşınmasından gedirsə, bu araşdırma ən detallı səviyyədə aparılır. Bizim çalışdığımız sahədə bu tip araşdırmaların ən əsas mənbəyi olaraq məhz "Klarksons" kimi nüfuzlu şirkətin hesabatlarını qeyd etmək olar. "Palmali"nin bu reytinqdə yerləşdiyi mövqe istənilən potensial müştəri üçün ən yaxşı portfoliodur. Hazırkı iqtisadi reallıqların və güclü rəqabətin fonunda belə nailiyyətlərin rolu danılmazdır.

- "Palmali Shipping"in baş ofisinin yerləşdiyi Türkiyədə bu xəbər nə dərəcədə əks-səda yaratdı?

- Əvvəlcə Azərbaycan mətbuatına bu vacib xəbərə diqqətlə yanaşdığı üçün şirkətimiz adından təşəkkür edirəm. "Palmali" üçün Azərbaycanda həyata keçirilən hər bir layihənin xüsusi əhəmiyyəti var, və fəaliyyətimizin sosial yüklü tərəfinin, əsasən, ölkəmizdə həyata keçirilməsi bizə böyük qürur verir. Bu səbəbdən dövlətimizin vətəndaşlarının uğurlarımız haqqında bilgi alması vacibdir. Bəli, ölkəmizlə yanaşı, Türkiyənin nüfuzlu media resursları da bu xəbəri diqqət mərkəzində saxladı. Qeyd etmək istərdim ki, Türkiyə hökuməti bizə bununla əlaqədar məmnunluğunu ifadə etdi. Türkiyə iqtisadiyyatının dünya miqyasında təbliği və iqtisadiyyata verdiyimiz töhfəni nəzərə alaraq, bizə xüsusi güzəştlərin olacağı bildirildi. Əlbəttə, bu dəstək bizim fəaliyyətimiz üçün əlavə stimul olacaq. Ümumiyyətlə, hesab edirik ki, bu reytinqə düşməklə "Palmali" olaraq biz həm Türkiyənin, həm də Azərbaycanın adını ucaltmış oluruq.

- Yaxın keçmişdə bəzi mətbu orqanlarda "Palmali" barədə mənfi xarakterli məlumatlar dərc edilmişdi. Bu baxımdan yəqin ki, əldə etdiyiniz uğura həm də imic qələbəsi kimi yanaşırsınız.

- "Palmali"nin imic və ictimai reytinqlə bağlı heç bir problemi olmayıb. Buna istənilən sosial sorğu həyata keçirməklə şahid ola bilərsiniz. Şirkətimizin rəhbəri Mübariz Mənsimovun da dediyi kimi, biz işimizi tam şəffaf şəkildə görürük və bütün böhtanlara öz işimizlə cavab veririk. Dərc olunmuş həmin yazıların qarayaxma və qeyri-sağlam rəqabət vasitəsi olduğunu müəyyən etmək çox rahat idi. Zamanında bütün o yazıların böhtan olduğunu bildirmişik və öz yolumuza davam etmişik. Bu gün də biz irəli gedirik, nailiyyətlərimiz göz qabağındadır və bu nailiyyətlərimizi Azərbaycan xalqı ilə bölüşməkdən fərəh hissi keçiririk. Böhtan atanlar isə ortalıqda yoxdur, çünki əsası olmayan heç nəyin ömrü uzun ola bilməz. Bizim dayaqlarımız möhkəm, vicdanımız təmizdir. Odur ki, yolumuza davam edirik.

- "Palmali"nin Azərbaycanda gəmiçiliklə bağlı hazırkı fəaliyyəti nədən ibarətdir?

- Azərbaycanda əvvəlki illərdə olduğu kimi fəaliyyətimiz davam etməkdədir. Hazırda Bakı ofisimizin əsas fəaliyyət istiqaməti gəmilərə agentlik xidmətlərinin göstərilməsindən ibarətdir. Agentlik dedikdə gəmi sahibinin tapşırığına əsasən limanda və ya müəyyən ərazidə göstərilən kompleks xidmətlər nəzərdə tutulur. Bu xidmətlərə əsasən gəminin limana daxil olması ilə bağlı sənədləşmənin aparılması, yüklərin boşaldılması və yüklənməsi ilə əlaqədar dəstək, gəmi sahibi ilə liman administrasiyası arasında vasitəçilik və digər xidmətlər daxildir. Hər ay Bakının limanlarına daxil olan 40-dan çox gəmiyə bu xidmətlər tərəfimizdən göstərilir.

- "Palmali" Azərbaycanın qida sektorunda da "Palsüd" brendi ilə təmsil olunur. Bu sahədə işlər hansı səviyyədə gedir?

- Cari il "Palsüd" brendi üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. İyun ayında məhsullarımızın qonşu Gürcüstana ixracına start verildi. Bundan əlavə iki ay öncə şirkətimizin məhsulları Rusiya Federasiyasının Ekoloji, texnoloji və nüvə nəzarəti üzrə federal xidməti ("Rostexnadzor") tərəfindən müvafiq şəkildə sertifikatlaşdırıldı. Bu isə o deməkdir ki, artıq məhsullarımızı Rusiya bazarlarına da çıxarmaq imkanı əldə etmişik. Hazırda dövlətimiz tərəfindən qeyri-neft məhsullarının ixracına dair atılan önəmli addımların fonunda şirkətimizin öz ixrac potensialından istifadə etməsi bizim üçün prioritet məsələlərdən biridir.

- Yeniliklər təkcə ixracla əlaqəlidir, yoxsa daxili bazarlarda satışla bağlı da hər hansı addımlar atılıb?

- Bəli, daxili bazara hesablanmış vacib qərarlar verilib. Ölkə ərazisində bütün market şəbəkələri və digər pərakəndə satış mağazalarına mallarımızın satışını müqavilə əsasında ölkənin aparıcı distribüter şirkəti olan və qida məhsullarının satışı sahəsində bazarda öz sözünü demiş "Avrora" şirkətinə həvalə etmişik. "Avrora"nın ölkə üzrə geniş və məhsuldar satış infrastrukturu mövcuddur. Azərbaycan ərazisində ümumi sahəsi 26 min kvadrat metr olan 11 iri anbara malik bu şirkətin respublikamızın ərazisində təxminən 9 000 nöqtəyə məhsulları distribyusiya etmək imkanı var. Sözsüz ki, belə bir infrastruktura sahib olan şirkətin həm də peşəkar satış və marketinq komandası var. Bütün qeyd olunanları nəzərə alaraq satış tərəfdaşı kimi məhz "Avrora"nın xeyrinə seçimimizi etdik. Əminik ki, bu əməkdaşlıq qarşılıqlı olaraq hər iki tərəf üçün effektiv və faydalı olacaq. Həmçinin qeyd edim ki, otellərə, ictimai iaşə obyektlərinə və müəssisələrə məhsulun satışı öz komandamız tərəfindən həyata keçirilir və bu kateqroiya üzrə son 9 ayda satış dövriyyəmiz 17% artmışdır. "Palsüd" olaraq biz əsas diqqətimizi istehsalın təkmilləşdirilməsinə, məhsulların çeşidlərinin artırılmasına yönəldəcəyik. Alıcıların məhsullarımızdan məmnunluğunun əsas səbəbi "Palsüd"ün yüksək keyfiyyətidir və biz bu keyfiyyətə daim ciddi nəzarət etməliyik.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07

Qurban Qurbanov sabahkı oyunu şərh etdi

22 Avqust 2017 23:04

Nazirlər Kabineti çadranın geyilməsinə qadağa haqqında qanun layihəsini dəstəklədi

22 Avqust 2017 23:03

PKK həm quru həm də havadan vurulacaq -

22 Avqust 2017 23:03

Qurban Qurbanov inamlı danışdı

22 Avqust 2017 22:57

"İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl

22 Avqust 2017 22:57

Şəki sakinini ilan sancdı

22 Avqust 2017 22:49

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 22:48

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

22 Avqust 2017 22:42

Tramp Əfqanıstanla bağlı strategiyasını açıqlayıb

22 Avqust 2017 22:42

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

22 Avqust 2017 22:37

Azərbaycanda yalnız bir ordu generalı var

22 Avqust 2017 22:33

Ağ Ev yaxınlığında şübhəli əşya tapılıb

22 Avqust 2017 22:32

Xətai rayonunun Sadıqcan Əbilov küçəsində hərəkət məhdudlaşdırılıb

22 Avqust 2017 22:22

İtaliyada zəlzələ -

22 Avqust 2017 22:20

Ani diqqətsizlik insanların həyatına son qoya bilər - quyular açıq vəziyyətdədir - VİDEO

22 Avqust 2017 22:18

Latviyada çadra qadağan olunur

22 Avqust 2017 22:14

Hindistanda 462 nəfər daş atma festivalında xəsarət alıb

22 Avqust 2017 22:12

Məşhur aktyorun qızından çılpaq fotosessiya

22 Avqust 2017 22:08