Maştağada eyni gündə iki meyit tapıldı

Maştağada eyni gündə iki meyit tapıldı
14:37 17 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Sabunçu rayonunda parkda meyit aşkar edilib.

Milli.Az report-a istinadən bildirir ki, Maştağa qəsəbəsi Şəfai küçəsi ev 5 ünvanında yerləşən parkda qəsəbə sakini, 1972-ci il təvəllüdlü Ramiz Əliyevin meyiti aşkar olunub.

Oxşar hadisə qəsəbənin Müşəlan bağ massivində də qeydə alınıb. Orada 360 saylı bağ evində yaşayan 1960-ci il təvəllüdlü Mehman Orucovun yaşadığı evdə hamam otağında meyiti aşkarlanıb.

Hər iki faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR