Gürcüstan parlamentinin deputatının avtomobilini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstan parlamentinin deputatının avtomobilini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb
14:37 17 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları deputat Givi Tarqamadzenin avtomobilinin partladılması işi üzrə bir nəfəri saxlayıb və daha bir nəfərə ittiham irəli sürüblər.
"Report Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib.
Nazirliyin məlumatına görə, 1976-cı il təvəllüdlü B.Ç. Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (partlayıcı maddələrin və silah-sursatın qanunsuz saxlanılması və əldə edilməsi) üzrə saxlanılıb. Tbilisinin müxtəlif rayonlarında bu cinayətlə əlaqəsi olmaqda şübhəli bilinən şəxslərin mənzillərinə və qarajlarlarına baxış həyata keçirilib. Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğuların hazırlanması üzrə kitablar və əlyazmalar, məsafədən idarə olunan partlayıcı qurğu hazırlanması üçün lazım olan materiallar, məsafədən idarəetmə pultları, heksogen və trotil dolu bir neçə bağlama, optik nişangah, 6 qumbara, patronlar və s. aşkarlayaraq dəlil kimi müsadirə ediblər.
Qeyd edək ki, bu il oktyabr 4-də axşam saatlarında Tbilisinin mərkəzi rayonlarından birində "Vahid Milli Hərəkat" Partiyasının deputatı Givi Tarqamadzenin avtomobilində partlayış törədilib. Partlayış nəticəsində hadisə yerinin yaxınlığında olan 5 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustan-parlamentinin-deputatinin-avtomobilini-partlatmaqda-subheli-bilinen-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR