Robert Prosineçki Berti Foqts və mətbuat haqda...- MÜSAHİBƏ

Robert Prosineçki Berti Foqts və mətbuat haqda...- MÜSAHİBƏ
14:37 17 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlılar fenomenal insanlardı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qalib gəlib (1:0), Çexiya ilə heç-heçə (1:1) etməsi Xorvatiya mətbuatının Prosineçkiyə olan diqqətini bir qədər də artırıb.
 
Bununla bağlı ölkəsinin mətbuatına müsahibə verən 47 yaşlı çalışdırıcı maraqlı fikirlər səsləndirib. O, sələfi Berti Foqtsu yada salaraq, yığmada etdiyi dəyişikliklərdən bəhs edib: "Mən nəyi dəyişdim? İlk növbədə, Azərbaycana köçdüm, orada yaşamağa başladım. Sələfimi tənqid etmək istəmirəm. Berti Foqts dünya futbolunda dahi adlardan biridi, o, 1996-cı ildə Almaniya yığmasına Avropa çempionluğunu qazandırıb. Amma Foqts Azərbaycanda yaşamırdı, yalnız toplanışdan toplanışa gəlirdi. Deyərdim ki, qazandığımız nəticələrdə bu, mühüm rol oynadı. Stadionlara gedib, demək olar ki, hər oyunu izləyirəm. Yalnız son zamanlarda bir neçə futbolçumuz ölkə xaricinə çıxıb. Eddi İsrafilov hazırda "Kadiz"dədi, qapıçımız "Boavişta"da çıxış edir. Daha bir futbolçumuz isə Almaniyadadı. Qısası, mən daha çox Azərbaycan çempionatının görüşlərinə baxmalı idim. Çünki 25 namizəddən təxminən 20-sini ölkə çempionatında çıxış edən futbolçular təşkil edir".
 
- Azərbaycan yığmasında uğurlu nəticə qazanacağınıza nə vaxt inanmağa başladınız?

- Keçən seçmə mərhələdə Norveç və Xorvatiya ilə heç-heçə etdikdən sonra anladım ki, inkişafdayıq. İndi isə görürəm ki, adi insanlar da buna inanmağa başlayıblar. Bununla belə, dünya çempionatına vəsiqə qazanmaq bizim üçün çox çətindi. Onunla müqayisədə AÇ-2020-nin final mərhələsinə yollanmaq daha real görünür. Çünki həmin seçmə mərhələdə hətta 3-cü yeri tutan komandalar da Avropa çempionatına yollana bilirlər. Bundan sonra ölkəni və Azərbaycan xalqını hər oyunda daha yaxşı təmsil etməliyik. Belfastda da belə olmalıdı. Biz ora oyundan 3 gün qabaq yollanacağıq. Yaxşı hazırlaşacağıq. Avropa çempionatında Şimali İrlandiyanın çıxışını izlədim. Onlar fiziki cəhətdən çox güclü komandadılar. Mənim futbolçularım isə fiziki cəhətdən bir az zəifdilər, amma çox da zəif deyillər.
 
- Azərbaycanlı futbolçuları daha çox sovet məktəbinə yaxındılar, yoxsa türk mentalitetinə?

- Mən karyeramda belə şey görməmişəm. Onlar işlərinə 100 faiz konsentrasiya olurlar. Azərbaycanlılar döyüşkən xalqdırlar, son olimpiadadan cüdo və boks kimi idman növlərindən medallarla qayıtdılar. Çox sürətli və enerjilidirlər. Demirəm ki, onlarda mentalitet qalib kimi doğulub, amma bundan uzaq da deyillər. Bəli, ardıcıl uğurlu nəticələrdən sonra eyforiya hiss olunur. Bu, özlüyündə təhlükəli vəziyyətdi. Amma mənə azərbaycanlı futbolçularla çalışmaq xoş gəlir. Hə, bir də elə fikir formalaşıb ki, guya Azərbaycan mətbuatında çalışanlar sərt insanlardı, amma heç də belə deyil. Onların məntiq və yumor hissi güclüdü.
 
- Azərbaycan yığmasının baş məşqçisi postuna yeni keçəndə qarşınıza hansı hədəfi qoymuşdunuz?

- İlk plan bu idi ki, hər matçda yaxşı oynayaq. Ötən seçmə mərhələdə belə oyunlar keçirsək də, azarkeşlər o qədər də xoşbəxt deyildilər. Amma bu seçmə mərhələdə Norveç üzərindəki qələbədən sonra vəziyyət dəyişdi. Sizi əmin edirəm ki, Norveç, əslində, çox qorxulu komandadı. Son nəticələr bizdə məmnunluq yaratdı və başa düşdük ki, yaxşı oynamağı bacarırıq. Sadəlövh taktika qurmuruq. Odu ki, Şimali İrlandiya ilə oyunöncəsi də optimistəm. Belfastdakı matç seçmə mərhələnin həlledici oyunu olacaq. Əgər qələbə qazansaq, daha böyük tarix yazmağa əsasımız yaranacaq.
 
- Almaniya da qrupda rəqabət aparacağınız rəqiblər sırasındadı?

- Xeyr. Onlar bu rəqabətə daxil deyillər. Məncə, qrupda heç kim özünü Almaniyaya rəqib qismində görmür. Çexləri 3:0 hesabı ilə məğlub etdikləri oyuna baxdım. Qrupdakı hər 3 matçda asanlıqla qələbə qazanıblar. Almanlara qarşı oynayırsansa, gərək çox texnikalı futbolçulara sahib olasan ki, ələ düşən minimum imkandan da istifadə etsin. Bir də unutmayaq ki, Almaniya yığmasının qapısını "ağıl dəryası" olan Manuel Noyer qoruyur.
 
- "Kayserispor"da uğurlu nəticəyə imza atandan sonra "Beşiktaş"a getmədiniz. Buna görə peşmansınız?

- "Kayserispor"la çempionatda 5-ci yeri tutanda "Beşiktaş"ın təklifini geri çevirdim. Düzdü, səhv etdim, amma klubuma qarşı vicdanlı davrandım. Həyat özü bir məktəbdi. Mən gənc məşqçiyəm. Özümdə inkişaf hiss edirəm. Anlayıram ki, getdikcə daha güclü məşqçiyə çevrilirəm. Təcrübə çox önəmlidi.
 
- Klubda və yığmada məşqçi işləməyin fərqi...

- Həm klubda, həm də mill komandada məşqçilik təcrübənin olmağı yaxşı haldı. Fərqli tapşırıqlardı. Millinin məşqçisi olanda 15 günlük toplanış ərzində çox həyəcan keçirirsən. Axı ölkəni, xalqı təmsil edirsən. Bu, böyük məsuliyyət deməkdi. Klubda isə futbolçularla daha çox işləmək imkanın olur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

“Qarabağ" uduzur -

23 Avqust 2017 23:32

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03