Əfqanıstan birinci vitse-prezidentinin avtomobil karvanına hücüm olub: 15 nəfər ölüb, 20-si yaralanıb

Əfqanıstan birinci vitse-prezidentinin avtomobil karvanına hücüm olub: 15 nəfər ölüb, 20-si yaralanıb
14:37 17 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstan prezidentinin birinci müavini Rəşid Dostumun da olduğu avtomobil karvanına hücum nəticəsində mühafizə xidmətinin 15 əməkdaşı ölüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Faryab vilayətinin Gurmaç rayonunda baş verib.
Məlumata görə, terrorçular karvanın keçdiyi yola partlayıcı döşəyibmiş Hadisə də həmin partlayıcının partlaması nəticəsində baş verib.
Hökumət qüvvələri "Taliban" hərəkatına qarşı əməliyyat keçirməyə gedirmiş. Partlayış nəticəsində Rəşid Dostum xəsarət almayıb. Onun sözlərinə görə, 3 zirehli avtomobilə ziyan dəyib. O, 20 təhlükəsizlik əməkdaşının da yaralandığını bildirib.
Rəşid Dostum vurğulayıb ki, terrorçu qruplaşmanın onlarla silahlısı zərərsizləşdirilib, bəzi bölgələr isə "Taliban"dan təmizlənib. O, terrorçuların nəzarəti altında olan Gurmaç rayonunu geri aldıqlarını söyləyib. Prezidentin birinci müavini deyib ki, öldürülən terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar da var. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistan-birinci-vitse-prezidentinin-avtomobil-karvanina-hucum

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR