Qusarda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib

Qusarda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib
14:47 17 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Qusar rayonunun Hil kəndində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri”mövzusunda elmi-praktik konfrans keçirilib.
Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov Azərbaycanın əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini bildirib.
Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev “Milli dövlət quruculuğu 25 ildə” adlı məruzəsində bu illərdə dövlət quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb.
Milli Məclisin üzvü Azər Badamov müstəqillik illərində dövlətin iqtisadi siyasəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Sonra Qusar şəhər 1 nömrəli orta məktəbin direktoru Arif Xəlilov “Müstəqillik dövründə Azərbaycan təhsili”, Qusar rayon prokuroru Zahid Vəliyev “Hüquqi islahatlar müstəqillik müstəvisində”, Qusar rayon Gənclər Təşkilatının sədri Lamiyə Xəlilova “Dövlətimizin gənclər siyasəti” mövzusunda çıxış ediblər.


Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/qusarda-azerbaycanin-dovlet-musteqilliyinin-25-ci-ildonumu-ile-bagli-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR