Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Payızın trend saç modeli - FOTOLAR

Payızın trend saç modeli - FOTOLAR

Date: 17 October 2016 14:48

Nyu-York, Milan, ParisLondon dəb həftələrində məlum oldu ki, avropalı və amerikalı modapərəstlər meqapolisin sürətinə ayaq uydurmağın yeganə həllini asan yığılan toppuz saç modelində görür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, toppuz saç modeli payızın trendi olmağa iddialıdır. Lakin klassik balerina toppuzundan fərqli olaraq, boyun hissədə yığılan saç modelləri daha aktualdır. Bu cür minimalist və sadə saç düzümü xanımlara vaxtına qənaət etməyə imkan verir. Beləliklə zərif cinsin nümayəndələri bu mövsüm evdən çıxmazdan əvvəl saçları ilə çox oynamalı, saatlarla güzgünün qarşısında dayanıb saçlarını fenləməli olmayacaq.

Stilistlər bildirib ki, boyun hissədə toplanmış toppuz təbii görünməli və saç lakından çox istifadə edilməlidir, həmçinin o sanki yuxudan yeni durmuşsunuz kimi bir qədər dağınıq olmalıdır.

Toppuzun hansı istiqamətdə, hörüklü formada və necə yığılmasının önəmi yoxdur. Burada vacib məqam toppuzun boyun hissədə toplanmasıdır. Yeri gəlmişkən, bu saç modeli gəlinlər arasında da dəbə minəcək.

Aytən


































Tags:  Payızın trend saç modeli FOTOLAR

RƏYLƏR


Top news