""Neftçi"nin indiki vəziyyətindən Allah da baş çıxarmır"

""Neftçi"nin indiki vəziyyətindən Allah da baş çıxarmır"
14:52 17 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az futbolxeber.az-a istinadla"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun  müsahibəsini təqdim edir:

- "Neftçi" Premyer Liqanın VIII turunda da məğlubiyyətlə üzləşdi. Komandanın belə duruma düşməsinə səbəb nədir?

- Mən özüm də məəttəl qalmışam. Sizin kimi biz də söz tapmaqda çətinlik çəkirik.

- Bu vəziyyətdən çıxış yolunu nədə görürsüz?

- Vəziyyət düzəlmir də. "Neftçi"nin indiki vəziyyətindən Allah da baş çıxarmır.

- Elxan Abdullayev bu vəziyyətə nə deyir?

- Dözməliyik. Başqa əlacımız yoxdu. Amma fakt budur ki, komanda oyun göstərmir.

- Amma azarkeşlər dözə bilmir...

- Azarkeşlər haqlıdırlar. Gəlirlər, oyun, nəticə istəyirlər.

- Mahir Şükürov komandaya fayda verəcək?

- Hər şey futbolçuların özlərindən asılıdır.

- Müşahidə Şurası indiki vəziyyət barədə nə düşünür?

- Komanda qarşısına qoyulan tələblər yerinə yetirilmir. Yəqin ki, 2-3 günə iclas olacaq. Orada bütün bu problemlər müzakirə olunacaq.

- Yeni təyinatlar - Elxan Eyvazov və Orxan Hüseynzadənin gəlişi komandada nəyi dəyişib?

- Onlar da rəhbərlikdədirlər. Lakin sırf komandanın göstərdiyi oyuna onların aiddiyətləri yoxdur. Hər şey məşqçilərdən, futbolçulardan asılıdır.

- Qışda ciddi dəyişikliklər olacağını gözləmək olar?

- Təbii ki, heyətdə ciddi dəyişikliklər olmalıdır. 7-8 nəfəri göndərmək lazımdır. Bura həm yerli, həm də legionerlər daxildir. Əcnəbilərin, ümumiyyəltə, heç birinin oyunu xoşuma gəlmir.

- Futbol veteranı kimi milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdiz?

- Millimiz bizi uğura çox inandırıb. Komanda oynadı. Futbolçular meydanda can yandırdılar. 11 nəfərin 11 də oynayır. İnanıram ki, bundan sonra da millimiz yaxşı çıxış edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR