Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yerli məşhurlar "TA" akademiyanın açılışında - fotolar

Yerli məşhurlar "TA" akademiyanın açılışında -  fotolar

Date: 17 October 2016 15:01

Stilist Tünzalə Kərimovanın “TA” akademiyasının açılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, mərasimə sənət aləminin tanınmış simaları qatılıb. Aparıcılığını Vüsalə Əlizadənin etdiyi açılışda T.Kərimova 11 tələbəsinə diplom verib.

Stilist əməkdaşımızla söhbətində bildirib ki, bundan sonra da peşəkar ustalar yetişdirəcək:

“TA” akademiya yeni fəaliyyətə başlayıb. 11 tələbəmə diplom verdim. Çoxdan planlaşdırırdım ki, belə bir iş görüm. Qismət bu gün oldu. Bundan əvvəl də tələbəm olub, amma çox az sayda. Paxıllıqdan yox, sadəcə iş çoxluğundan vaxt tapa bilmirdim. Müştərilərlə çalışanda yanımda başqalarının olmasını çox sevmirəm. Başımın üstünü çox kəsdirən olanda çalışa bilmirəm. Məndən qabaq bu işi edən stilistlərimiz olub. Çox müraciət edən olurdu, mən də xanımların istəyini nəzərə alıb akademiya açdım. Bundan sonra vaxt tapdıqca tələbələr götürüb, bu cür yetişdirəcəm”.

T.Kərimova müəlliməlik işinin onun stilistliyinə mane olmayacağını deyib:

“Mənim əsl peşəm müəllimədir. Dərs deməyi xoşlayıram. Xanımlar düşünməsin ki, başım tələbə yetişdirməyə qarışacaq, onları makiyaj etməyəcəm. Gəlin bəzəmək mənim həyatımdır. İş xatirinə yox, bunu sevdiyimdən edirəm. Tələbələrə də deyirəm ki, dərsi boş vaxtımda keçəcəm”.

Stilist bildirib ki, yaxın günlərdə akademiyada dərsləri daha da genişləndirəcək:

“Hələ make-up-la başlamışam. Mən həm də saç ustasıyam. Yaxın günlərdə saç da öyrədəcəm. Akademiyanı daha da böyütməyi düşünürəm. İstəyirəm tələbələrə saç düzümü, kəsimi,rənglənməsi sahəsində də dərslər keçim”.

T.Kərimova tələbələrinə məsləhətlər də verib:

“Onlara ilk məsləhətim gülərüz olmaları, insanlarla mehriban ünsiyyət qurmalarıdır. Nə qədər gözəl usta olsan da, auran yaxşı olmasa müştəri gəlməyəcək. Bir də baxımlı olmalısan. Biz səliqəli olmasaq, heç kim əl işimizə inanmaz”.

Gecənin qonağı olan əməkdar artist Vəfa Zeynalova, prodüser Təranə Səmədova, müğənni Xuraman Şuşalı T.Kərimovaya yeni işi ilə bağlı uğurlar arzulayıblar.

Ünvan: H.Zərdabi 17/51 (Üç taclı bina ilə üzbəüz)

Tel.:   (012) 408 21 28
Mob.: (050) 406 34 94
         (055) 206 34 94































Tags:  Yerli məşhurlar TA akademiyanın açılışında fotolar

RƏYLƏR


Top news