"Qarabağ": 10 ilin ən yaxşısı

"Qarabağ": 10 ilin ən yaxşısı
15:07 17 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 13-cü ev qələbəsini qazanıb. Fanat.Az xəbər verir ki, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadı. Sonuncu belə seriya “İnter”ə məxsus olub. “Bankirlər”in 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.


Son 10 ilin rekorduna imza atan Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının VIII turunda “Sumqayıt”ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Ağdamlılar ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi. 2016-cl ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn ağdamlıların “Qarabağ”ın öz meydanındakı son xal itkisi “Qəbələ” ilə matça təsadüf edib. Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.


Qeyd edək ki, “Qarabağ” ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.(pfl.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-10-ilin-n-yaxs-t53404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR