Tütündən imtina üzrə pilot kabinet və "qaynar xətt" yaradılacaq

Tütündən imtina üzrə pilot kabinet və "qaynar xətt" yaradılacaq
15:12 17 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Siqareti atmaq istəyənlər OXUSUNLAR (24 Aprel 2017 10:57)
Zorakılığa məruz qalmış uşaqların sayı açıqlandı (06 Mart 2017 15:23)
Zorakılığa məruz qalmış uşaqların SAYI AÇIQLANDI (06 Mart 2017 13:05)

1 noyabr 2016-cı il tarixdən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt" fəaliyyətə başlayacaq.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.

Layihə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.

Sözügedən işin təkmilləşdirilməsi məqsədilə İSİM-in nümayəndələri oktyabr ayında Moskvada keçiriləcək "Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri" mövzusunda seminarda iştirak edəcəklər.

Səfərdə məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və Rusiya Federasiyasının "Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi" sahəsində əldə olunan beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.

2 ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və "qaynar xətt"in hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb və çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılıb.

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.

Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və "qaynar xətt"in davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası hələ 2005-ci ildə "Tütünə qarşı mübarizə haqqında" Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasını ratifikasiya edib. Həmin Konvensiyanın 14-cü Maddəsinə əsasən hər bir ölkə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görməli, habelə tibbi-sanitariya yardımı müəssisələrində və reabilitasiya mərkəzlərində tütündən asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və məsləhətlərin verilməsi üzrə proqramlar hazırlamalı və həyata keçirməlidir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ üçün əsas təhlükəli ölkә açıqlandı

28 Aprel 2017 04:39

Rusiya bu ölkəyə 200 helikopter satacaq

28 Aprel 2017 04:14

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıb" -

28 Aprel 2017 03:41

Yaponiya siyasətçiləri Kurilə səfər edəcəklər

28 Aprel 2017 03:34

Mançester derbisində qol səsi çıxmadı

28 Aprel 2017 03:23

Səhv şəkil paylaşdı, cəzalanacaq

28 Aprel 2017 03:19

Şimali Karolinada vertolyot evin üzərinə düşüb, yaralananlar var

28 Aprel 2017 03:12

Reks Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

28 Aprel 2017 03:02

Lavrov-Tillerson görüşü baş tuta bilər

28 Aprel 2017 02:49

Suriya ordusu Palmira yaxınlığındakı iri qaz yatağını azad edib

28 Aprel 2017 02:42

ŞOK QƏRAR: Antalyada alkoqollu içkilər qadağan edilir

28 Aprel 2017 02:39

Mançester derbisində qalib müəyyənləşmədi

28 Aprel 2017 02:31

Narkomafiya lideri tutuldu

28 Aprel 2017 02:19

"Mançester Siti" və "Mançester Yunayted" İngiltərə çempionatında heç-heçə edib

28 Aprel 2017 02:17

Ağacda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

28 Aprel 2017 02:04

Uşaqda fərasətə bax:

28 Aprel 2017 01:55

Fransada 300-dən çox şagird zəhərləndi

28 Aprel 2017 01:49

Rusiyanın problemi var: rus dili müəllimləri çatışmır

28 Aprel 2017 01:43

Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

28 Aprel 2017 01:27

Shamkir Chess 2017:

28 Aprel 2017 01:27

Makedoniya parlamentinə basqın: müxalifət lideri döyüldü

28 Aprel 2017 01:09

Meksika polisi "xaç atası"nı həbs etdi

28 Aprel 2017 01:08

Berlində həyəcanlı dəqiqələr:

28 Aprel 2017 00:58

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53

Şahmatçılar futbol oynadılar -

28 Aprel 2017 00:45

Türkiyə-Suriya sərhədində insident olub

28 Aprel 2017 00:29

İsrail Suriyadan gələn təyyarəni vurdu

28 Aprel 2017 00:26

Makedoniyada etirazçılar parlament binasına daxil olublar

28 Aprel 2017 00:22

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

28 Aprel 2017 00:18

Vaşinqton: Türkiyə zərbələri ilə ABŞ hərbçiləri üçün təhlükə yaradıb

28 Aprel 2017 00:14

Astroloji proqnoz - 28 aprel

28 Aprel 2017 00:08

İŞİD-dən ABŞ-a zərbə:

27 Aprel 2017 23:55

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

27 Aprel 2017 23:52

Referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 23:43

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 23:39

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

27 Aprel 2017 23:37

"Kara Sevda"nın Nihanı sevgisini dodağına yazdırdı

27 Aprel 2017 23:37

"Yadplanetli" həbs olundu

27 Aprel 2017 23:34

Gənc qızın qorxunc taleyi

27 Aprel 2017 23:30

Qəbələdə su festivalı keçirildi - FOTOLAR

27 Aprel 2017 23:28

Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib

27 Aprel 2017 23:22

"Turan Tovuz"a çempionluq kuboku təqdim olundu -

27 Aprel 2017 23:22

Fransada bir ailə lotoreyada 83 milyondan çox pul udub

27 Aprel 2017 23:17

İsrail Suriyadan gələn təyyarəni vurdu

27 Aprel 2017 23:14

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 23:13

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 22:59

Bu müsəlman ölkəsində fahişəlik qanunidir - 12 yaşli qizlar… - ŞOK FAKTLAR - FOTOLAR

27 Aprel 2017 22:58

Mariya Zaxarova azərbaycanlı jurnalistləri təhqir etdi –

27 Aprel 2017 22:58

Mariya Zaxarovadan Azərbaycan jurnalistlərinə qarşı qeyri-adekvat davranış

27 Aprel 2017 22:54

2 yaşından siqaret çəkən uşağın indiki halı hər kəsi təəccübləndirdi - FOTO

27 Aprel 2017 22:38