İran 2019-cu ildə neft hasilatını 4 mln. barelə çatdırmağı planlaşdırır

İran 2019-cu ildə neft hasilatını 4 mln. barelə çatdırmağı planlaşdırır
15:17 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İran neft hasilatını 2019-cu ildə 4 mln. barel/gün səviyyəsinə çatdırmağı planlaşdırır. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı İranın neft naziri Bican Zanqane tərəfindən "Reuters" agentliyinə verilib.
Nazirin sözlərinə görə, 2020-ci ilə qədər İranın neft hasilatı 4,28 mln. barel/gün səviyyəsinə çatmalıdır. Qeyd edək ki, OPEC-in yaydığı xəbərə əsasən, İran sentyabrda orta hesabla 3,66 mln. barel/gün neft hasil edib.
"Report"un analitik qrupu hesab edir ki, İran rəsmilərinin hasilatı 4 mln. barelə yalnız 2019-cu ildə çatdırması xəbəri noyabrın 30-da Vyanada keçiriləcək OPEC ölkələrinin neft hasilatını azatmaq barədə danışıqlarına mənfi təsir edə bilər. Belə ki, daha əvvəl İran neft hasilatını dondurmaq və ya azaltmaq danışıqlarının hasilatı sanksiyalardan əvvəlki səviyyəyə, yəni 4 mln. barel/günə çatdırdıqdan sonra mümkün ola biləcəyini bildirib. 
Həmçinin, bu gün Rusiya tərəfi bir daha neft hasilatının azaltması deyil, dondurulması ilə bağlı qərarın daha doğru olacağını vurğulayıb. Analitik qrup hesab edir ki, danışıqlardan müsbət cavab çıxmazsa, neftin qiymətində kəskin azalma baş verə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-2019-cu-ilde-neft-hasilatini-4-mln-barele-catdirmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR