"Mançester Yunayted"dən rekord: hər ilə 1 milyon 750 min forma

"Mançester Yunayted"dən rekord: hər ilə 1 milyon 750 min forma
15:27 17 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox forma satan futbol klubunun adı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" bütün rəqiblərini qabaqlayaraq, birinci olub.

Belə ki, "qırmızı şeytanlar" 2011-2016-cı illər ərzində orta hesabla hər ilə 1 milyon 750 min forma satıb. Bu göstəricinin sayəsində Mançester təmsilçisi digər klublar üçün əlçatmaz olub.
 
İkinci pillədə Madrid "Real"ı qərarlaşıb ki, bu klub orta hesabla hər ilə 100 min forma satıb. Növbəti pillələrdə isə "Barselona" və "Bavariya" klubları qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR