Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Otel otağında gizlənən Nalbandyan və Lavrovun Qarabağ istəyi

Otel otağında gizlənən Nalbandyan və Lavrovun Qarabağ istəyi

Date: 17 October 2016 15:28

Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan etdi. Başqa sözlə, Lavrov işarə etdi ki, əgər Ermənistan əraziləri Azərbaycana qaytaracaqsa, o zaman Türkiyə Ermənistanla sərhədləri aça bilər.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “lragir” saytı yazıb.

Sayt Türkiyə-Ermənistan protokollarının imzalanması üçün 2009-cu ildə Sürix görüşü haqda “Wikileaks”ın yaydığı sənədləri xatırladır.

“Wikileaks” həmin vaxt ABŞ dövlət katibi olan Hillari Klintonun məxfi yazışmalarını yaymışdı. Yazışmalarda Hillari Klinton qeyd edirdi ki, Sürixdə Ermənistan xarici işlər naziri Eduard Nalbandyan uzun müddət otel otağından çıxmayıb. O, protokolları imzalamaq istəmirmiş. Çünki bu protokolların Rusiya və Türkiyənin tələsi olduğunu düşünürmüş.

Sayt yazır ki, həmin vaxt Rusiya “Kazan planı”nı işə salmışdı.

Bu plan işğal olunmuş ərazilərin qaytarılmasını, daha sonra Qarabağın statusunun müəyyən olunmasını nəzərdə tuturdu.

“İndi Lavrov danışır ki, erməni-türk münasibətləri Qarabağ probleminin həllindən, yəni ərazilərin qaytarılmasından keçir. Ermənistan sərhədlərin açılmasını istəyirsə, o zaman Qarabağ münaqişəsinin nizama salınması üçün irəli sürülən Rusiya planı ilə razılaşmalıdır”, - deyə sayt qeyd edir.

Asif


Tags:  Otel otağında gizlənən Nalbandyan Lavrovun Qarabağ istəyi


RƏYLƏR


Top news