Bakıda "CEO Summit" keçirilib

Bakıda "CEO Summit" keçirilib
15:32 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Qafqaz Universitetində “CEO Summit”i keçirilib. “Report” xəbər verir ki, Azərbaycan və türk dillərində keçirilən sammitdə 6 spiker iş və karyera həyatı haqqında çıxış ediblər.
Spikerlər arasında “Psixologiya və Konsultasiya Mərkəzi”nin təsisçi rəhbəri Elnur Rüstəmov, “Uni Baby Türkiyə”nin təsisçi rəhbəri Ataman Özbay, “T&J Marketing Solution”un təsisçi rəhbəri Teymur Məmmədov, “Golden Pay”in təsisçi rəhbəri Fərid İsmayilzadə, “Horeca.com.az” və “İdeya Qazandı Verlişi”nin təsisçi rəhbəri Rəşxan Qaraşlı yer alıblar.
“CEO Summit”də E.Rüstəmov “Uğurun psixologiyası”, A.Özbay “40-a qədər tərləməyən, 40-dan sonra ağlar”, T.Məmmədov “Gününə təkan ver həyatını yaşa - Kofe effekti”, F.İsmayılzadə “Texnologiya dünyanı hara aparır?”, R.Qaraşlı “Özün ol” mövzusunda çıxış ediblər.
Sammit "İş həyatı”, “Karyera”, “Təşəbbüskarlıq”, “Qlobal şirkətlərdə idarəçi olmaq”, “Bir iş adamının həyat hekayəsi”, “Özünü inkişaf” və sahibkarlıq mövzularını əhatə edib.
Bundan başqa, sammit çərçivəsində türkiyəli iş adamı A.Özbayın “7 yaşımda bindiğim kamyonun frenleri patladı ve hayata yuvarlandım” adlı kitabının imza saatı keçirilib.
Proqramın rəsmi səhifəsi www.ceosummit.az veb-saytı, əsas təşkilatçısı isə “Business Talk” (www.businesstalk.az) təşkilatıdır.
“Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edib.
Qeyd edək ki, proqramın baş sponsoru “LİB Dil Dərsləri”, gümüş sponsoru “IB Club -Gənclərin İnkişaf Mərkəzi”, bürünc sponsoru isə “Key Probject-Xaricdə Təhsil Mərkəzi”dir.





Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakida-ceo-summit-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR