Güləşçimiz gümüş medalla qayıdır

Güləşçimiz gümüş medalla qayıdır
15:37 17 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçirilib. 

Milli.Az bildirir ki, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurublar. 

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib. 

65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb. 

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR