SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satıb

SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satıb
15:37 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding A.Ş."-dəki ümumi dəyəri 152 mln. lirə olan payını satıb.

Milli.Az APA-ya istinadən bildirir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,35 lirə, səhmlərin sayı isə 35 mln. ədəddir.

"Bununla da "SOCAR Türkiye Enerji"nin payını 54,65%-dən 53,32%-dək azalıb. "SOCAR Türkey Petrokimya A.Ş."-nin "Petkim"də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65%-dən 1,32%-ə düşüb", - deyə şirkətin açıqlamasında deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/480372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR