Bakı Uşaq Teatrı XI Beynəlxalq Bilecik Teatr festivalına ölkəmizi təmsil edəcək

Bakı Uşaq Teatrı XI Beynəlxalq Bilecik Teatr festivalına ölkəmizi təmsil edəcək
15:42 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı Türkiyənin Bilecik şəhər Bələdiyyə başkanı Səlim Yağan tərəfindən 15-30 noyabrda keçiriləcək XI Beynəlxalq Bilecik Teatr festivalına dəvət alıb.

Milli.Az xəbər verir ki, festival rəhbəri Ercument Doğan 2013-cü ildə "Türk Xalqlarının Teatrı" layihəsi çərçivəsində uğur qazanmış "Sıravi Dursun" tamaşasını festivalda oynanılan tamaşalar sırasında görmək istəyini bildirib.

S. M. Qənizadənin "Dursunəli Ballıbadı" pyesi əsasında İntiqam Soltanın səhnələşdirdiyi "Sıravi Dursun" dramı hərbi xidmətdən yayınmaq istəyən, min bir bəhanə ilə uzun müddət tibb məntəqəsində qalan Dursundan bəhs edir.

Dramın məqsədi gənclərə vətənpərvərlik ruhunun aşılanmasıdır.

Pyesin quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimli, musiqi tərtibatçısı Rauf Hüseynlidir.

Rolları Cavanşir Məhərrəmov, İntiqam Soltan, Şahin Kazımov, Türkan Şahmarlı, Rauf Hüseynli, Rəfael Muradxanlı və başqa aktyorlar ifa edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR