Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aramsız yağış Bakıda məktəblərin qarşısında gərginlik yaratdı - FOTO

Aramsız yağış Bakıda məktəblərin qarşısında gərginlik yaratdı - FOTO

Date: 17 October 2016 15:44

Bakıda aramsız yağan yağış şəhərdə nəqliyyatı tamamilə iflic edib. Hətta günorta saatlarında belə hərakatı bərpa etmək mümkün olmayıb.

 

Lent.az-ın əməkdaşının məlumatına görə, şəhərin mərkəzində, Bakı Baş Polis İdarəsinin qarşısından keçən Yusif Səfərov küçəsinə gələn bütün əlavə yollar bağlanıb. Elə bu səbəbdən də Nizami küçəsindəki tıxacın uzunluğu yüz metrlərlədir. Nizami küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsində dayanan polislər hələ bu saatlarda da yolun qarşısını kəsməkdə davam edirlər. Bunun səbəbini öyrənməyə çalışan əməkdaşımıza polisin açıqlaması belə olub:

 

"Tapşırıq belədir. Əsas yoldakı hərakatı bərpa etmək üçün kəsişmələrdəki avtomobilləri saxlamaq məcburiyyətindəyik".

 

Yolları kəsilən avtomobil sürücüləri isə etiraz əlaməti olaraq dayanmadan siqnal verirdi. Hətta bəzi sürücülər maşından düşərək polislərlə mübahisə belə edib. Amma vəziyyət dəyişmədən qalır.

 

Babək prospektində də səhər saatlarından başlayan tıxac davam edir. Sürücülər avtomobillərini söndürüb yolun nə vaxt açılacağını gözləyirlər.

 

Əməkdaşımızın verdiyi məlumata görə, şəhərdə piyadaların vəziyyəti daha dözülməzdir. Məlumata görə, ayaq üstə dayanmağa demək olar ki, quru yer tapmaq mümkün deyil. Məktəblərin qarşısı isə daha dözülməz vəziyyətdədir. Avtomobillər məktəblərin qarşısına daxil ola bilmədikləri üçün dərsdən çıxan uşaqlar və valideynləri əməllicə gərginlik yaşayırlar. Məktəblərin qarşısından yağış suları çay kimi axır. Valideynlər övladları islanmasın deyə onları çətinliklə daşıyıb uzaqda saxladıqları avtomobillərə çatdırmağa çalışırdılar.

 






Tags:  Aramsız yağış Bakıda məktəblərin qarşısında gərginlik yaratdı FOTO


RƏYLƏR


Top news