“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib
16:07 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Dayazsulu Günəşli" yatağındakı 7 nömrəli dərin dəniz özülündən 318 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Fasilə Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib. Quyu 2 816-2 778 metr intervaldan sutkalıq 63 ton neft və 9 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul olunub.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gunesli-yataginda-yeni-quyu-istismara-verilib-34567890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR