Payız romantikası haqqında deyilmiş ən gözəl ifadələr - FOTOLAR

Payız romantikası haqqında deyilmiş ən gözəl ifadələr - FOTOLAR
16:18 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qəlbdən və pəncərədən pis havanı xilas edən frazalar...

Publika.az yazıçı və digər məşhurlarların payız haqqında maraqlı fikilərini təqdim edir.

Image result for autumn

"Günəş və külək doğrudan da ruhlandırır. Amma yağış üstün gəlir. Axı kim tozun içində rəqs etməyi arzulayar? Və ya günün altında öpüşməyi?" Sintiya Barnett

“Dizaynerlər məni yaz kimi geyindirmək istəyir. Amma mən özümü bahar kimi hiss etmirəm. Mən özümü isti qızıl payızda hiss edirəm". Merilin Monro

"Payız hər yarpağın çiçək olduğu ikinci bahardır". Alber Kamyu

Image result for autumn

"İlk payız küləyi ilə həyat yenidən başlayacaq". Frensis Skott Fitcerald

"Payız qoxusu gəlir. Mən Rusiyanın payızını sevirəm. Onda kədərli, xoş, gözəl və qeyri-adi nə isə var. Onu götürüb durnalarla harasa uçmaq olar". Anton Pavloviç Çexov

"Payız ilin ən heyranedici son təbəssümüdür". Uilyam Brayant

Image result for autumn

"Qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır". Stenli Xoroviç

"Payız gözəldir! Mənim qəlbim onunla kəbin kəsdirib və əgər mən quş olsaydım, onda Yer ətrafında uçaraq növbəti payız axtarışına çıxardım”. Corc Eliot

Image result for autumn

"Oktyabr! İlahi, o mənim çox sevdiyim aydır, onu yeməyə və qoxusunu nəfəsimə çəkməyə hazıram. Ah, bu qiyamçı və kədərli ay... Baxın, onunla görüşündən yarpaqlar necə qızardı. Oktyabrda dünya alova bürünüb". Rey Bredberi

Image result for autumn

“Oktyabrın ikinci yarısında dünyadan təzə bişmiş piroq kimi qoxusu gəlir". Elis Hoffman

“Yeri gəlmişkən, çiçəklər payızda daha təmtəraqlı və parlaq olur, yayda isə daha tez ölürlər”. Erix Mariya Remark

"Payız sanki isti şam yeməyi kimidir, hansı ki, hər şey iştaha ilə verilir və sən səhər yuxudan hələ tam ayılmayıb, ona baxmaq istəmirsən". Harper Li

Image result for autumn

"Noyabr mənə həmişə Norveç kimi görünürdü". Emili Dikinson

"Mən çox şadam ki, oktyabrın olduğu dünyada yaşayıram!" Lüsi Montqomeri

"Oktyabrda yarpaqlar artıq saralıb, solanda hava boz və tutqun olanda torpağı görməmək üçün başını arxaya çevirmək və buna inanmaq olar ki, “Hələ sevinclidir, hələ də yaydır". Yevgeni Zamyatin

"Siz Nyu-Yorku payızda sevmirsiniz? Mən onun gəlişi ilə hər dəfə məktəb ləvazimatları almaq istəyirəm. Əgər sizin adınızı və ünvanınızı bilsə idim, mən sizə təzə yonulmuş bir dəstə karandaşlar göndərərdim”. Nora Efron

Image result for autumn

“Payız hiyləgər yaya bir təpik atdıqdan sonra (Bu, hər dəfə sentyabr ayının ortalarında belə olur) o, çox darıxdığın dost kimi qonaq gəlir. O, uzun müddətli, həm köhnə dost kimi sevdiyin kreslonda oturaraq nahardan sonra sənə bu vaxta kimi harada olduğu və son görüşdən bəri nə ilə məşğul olduğu haqqında danışır”. Stiven Kinq

Image result for autumn

"Havanın kifayət qədər sərin, günəşin isə sifətini öpərək səni oyandırdığı ideal payız günlərindən biri idi...". Anita Daytmant

Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." Hel Borland

"Hər payızda mən yenidən çiçək açıram". Aleksandr Sergeyeviç Puşkin

Image result for autumn

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/172475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR