Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sinif yoldaşının anasını pul üstündə bıçaqladılar – 20 İL CƏZA

Sinif yoldaşının anasını pul üstündə bıçaqladılar – 20 İL CƏZA

Date: 17 October 2016 16:19

Bakıda sinifyoldaşının anasını quldurluq niyyəti ilə bıçaqlamaqda təqsirləndirilən Kamran Cəfərzadə və Qulu Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə Q.Abdullayev və K.Cəfərzadə hər biri 10 il  müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.

 

Xatırladaq ki, təqsirləndirilən Kamran Cəfərzadə Aynur Teymurovanın oğlu Əmrah Teymurovun sinif yoldaşı olub.


Tags:  Sinif yoldaşının anasını pul üstündə bıçaqladılar 20 İL CƏZA


RƏYLƏR


Top news