Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dörd oyunda üç cəzalı

Dörd oyunda üç cəzalı

Date: 17 October 2016 16:22

Azərbaycan Premyer Liqasının VIII turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun 4 qarşılaşmasında göstərilən vərəqələr bəzi oyunçuların qarşısında "qırmızı işıq" yandırıb.

Cəzalılardan ikisi "Zirə" - "Neftçi" matçından sonra belə vəziyyətə düşüb. Qonaqların futbolçusu Rahil Məmmədov ikinci sarı üzündən qırmızı vərəqə aldığı üçün "Qarabağ"la IX turun matçını buraxacaq. Paytaxt derbisində Vüqar Mustafayevin aldığı xəbərdarlıq isə onun mövsümdə 4-cü cəzası olub. Futbolçu bu üzdən AZAL-la növbəti turun matçında "istirahət edəcək".
 
Digər cəzalı isə "İnter"in heyətindədir. "Qəbələ" ilə qarşılaşmada 4-cü sarı vərəqəsini alan Fuad Bayramov da 1 matçlıq cəzalanıb. O, qarşıdakı turun "Kəpəz"lə oyununu buraxacaq.

Milli.Az


Tags:  Dörd oyunda üç cəzalı

RƏYLƏR


Top news