Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavid Hüseynov "Qəbələ"yə qayıtdı

Cavid Hüseynov "Qəbələ"yə qayıtdı

Date: 17 October 2016 16:29

Yenicə həbsdən azadlığa buraxılan Cavid Hüseynov futbolçu karyerasını bərpa edib. Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi sabiq komandası “Qəbələ” ilə anlaşıb.

 

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Xəbərdə Hüseynovun klubla cari mövsümün sonuna qədər müqavilə imzaladığı bildirilib. O, sabahdan etibarən məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

 

Hüseynovun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına da müraciət olunub.

 

Qeyd edək ki, Cavid Hüseynov “Qəbələ”də 40 oyun keçirib, 15 qol vurub.


Tags:  Cavid Hüseynov Qəbələyə qayıtdı


RƏYLƏR


Top news