Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

BŞTİ Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib

BŞTİ Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Date: 17 October 2016 16:32

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” adlı tədbir keçirilib.
“Report”un xəbərinə görə, paytaxtdakı 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə İdarənin müdiri Məhəbbət Vəliyeva, qurumun əməkdaşalrı, təhsil müəssisələrinin rəhbərləri, incəsənət adamları iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
M.Vəliyeva çıxış edərək son 25 ildə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən danışıb.
Tədbirdə paytaxtın məktəbdənkənar təhsil müəssisələri və ümumi təhsil məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 








Tags:  BŞTİ Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib

RƏYLƏR


Top news