Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub

“Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub

Date: 17 October 2016 16:32

Bakı. 17 oktyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Xalq Artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.
Səhnə əsərinin bəstəkarı Xalq Artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.
Tamaşada Xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək), Elşən Rüstəmov, aktyorlar Elnar Qarayev, Canəli Canəliyev, Samirə Xanlarova, Adil Dəmirov, Fəridə Əliyeva və başqaları iştirak edirlər.




Tags:  Şah Qacar tamaşası 50-ci dəfə nümayiş olunub

RƏYLƏR


Top news